Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
194
17.08.2026, 14:30
Smartfonların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə yeni cihaz alarkən köhnəsini satmaq geniş yayılmış təcrübədir. Lakin çox vaxt istifadəçilər şəxsi təhlükəsizlik qaydalarına kifayət qədər diqqət yetirmədən cihazları özgə şəxslərə təhvil verirlər. Köhnə telefonu satarkən bir çox insan sadəcə “zavod ayarlarına sıfırla” funksiyasından istifadə edir və bununla da bütün məlumatların silindiyini zənn edir. Əslində isə yaddaşın tam təmizlənməsi cihazın buraxılış ilindən və istifadə olunan şifrələmə texnologiyasından birbaşa asılıdır. Bəs silinmiş foto, video, mesaj və digər konfidentsial informasiyaları xüsusi proqramlarla bərpa etmək mümkündürmü? Məsələ ilə bağlı Oxu24.com-a İT mütəxəssisi Elvin Abbasov açıqlama verib.
“Köhnə və yeni modellərdə bərpa ehtimalı fərqlidir”
Ekspert bildirir ki, müasir smartfonlarda (iOS və Android 6.0-dan daha yeni versiyalarda) bütün məlumatlar aparat səviyyəsində avtomatik şifrələnir. Bu səbəbdən sıfırlama zamanı faylların özü deyil, onları açan şifrələmə açarı (encryption key) məhv edilir:
"Açar silindikdən sonra yaddaşda qalan məlumatlar anlaşıqsız kod yığınına çevrilir və hətta xüsusi kriminoloji proqramlar belə o faylları bərpa edə bilmir. Lakin köhnə smartfonlarda və ya şifrələnməmiş xarici yaddaş kartlarında (MicroSD) sıfırlama zamanı sadəcə faylların ünvan göstəriciləri silindiyi üçün silinmiş foto, video və mesajları xüsusi bərpa proqramları vasitəsilə asanlıqla geri qaytarmaq mümkündür”.
“Telefonu satmazdan əvvəl bu addımlar mütləq atılmalıdır”
Elvin Abbasov şəxsi məlumatların kənar şəxslərin əlinə keçməməsi üçün görülməli olan əsas təhlükəsizlik tədbirlərini diqqətə çatdırıb:
•Fiziki kartları çıxarın: İlk növbədə bütün xarici yaddaş (MicroSD) və SIM kartlar fiziki olaraq cihazdan çıxarılmalıdır.
•Hesablardan çıxış edin: Zavod sıfırlaması etməzdən əvvəl cihazda aktiv olan Google, iCloud, Samsung və ya Xiaomi kimi bütün şəxsi hesablar sistemdən silinməlidir. Bu addım atılmadıqda yeni alıcı cihazı istifadə edə bilməyəcək və cihazın bloklanması (FRP) problemi yarancaq.
•Tam sıfırlama edin: Hesablardan çıxdıqdan sonra telefonun nizamlamalar bölməsindən tam zavod sıfırlaması həyata keçirilməlidir.
Mütəxəssisin sözlərinə görə, əgər cihazın yaddaşında hər hansı məlumat qıntısının qalmasından narahatsınızsa, ən effektiv üsul üzərinə yazma metodudur.
Bunun üçün telefonu sıfırladıqdan sonra heç bir şəxsi hesab daxil etmədən kameranı açmaq və cihazın daxili yaddaşı tam dolana qədər önəmsiz bir video çəkmək (məsələn, divarı və ya boş məkana baxan kameranı yandırmaq) kifayətdir. Yaddaş tam dolduqdan sonra telefonu ikinci dəfə zavod ayarlarına sıfırladıqda, sistem köhnə məlumatların qalıqları üzərinə həmin faydasız video fayllarını yazır və şəxsi məlumatların bərpa olunma ehtimalını tamamilə sıfıra endirir.
Çimnaz Telmanqızı
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.